Qurban Qurbanova xəbərdarlıq edibmiş - Ona deyin ki…

20:00 Qarabağ 234
Qurban Qurbanova xəbərdarlıq edibmiş - Ona deyin ki…

Konfrans Liqasının pley-off mərhələsinin «Qarabağ» - «Tvente» matçının baş hakimi Rohit Saqqi xəbərdarlıq edib.

Norveçdən olan referi ikinci hissənin əvvəlində üzünü Ağdam klubunun məşqçilər korpusuna tutaraq, Bruno Lanqudan şikayətlənib.

«Fit sahibi» mozambikli müdafiəçiyə işarə eləyərək, «ona deyin ki, kobud oynamasın, yoxsa ikinci sarı vərəqəni göstərib meydandan çıxaracam» söyləyib.

Qurban Qurbanovun sol cinah oyunçusunu sonadək meydanda saxlamamasının səbəbi budur.

Baş məşqçi Saqqinin afrikalı legioneri cəzalandırmağa fürsət aramasından ehtiyat edərək, bu əvəzləməyə əl atmaq məcburiyyətində qalıb.

Təcrübəli mütəxəssis matçdan sonra bu haqda suala belə cavab verib:

«O, ikinci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti