“Qarabağ”ın prezidenti: “Futbolu bilirsiz niyə sevirəm?”

16:40 Qarabağ 152
“Qarabağ”ın prezidenti: “Futbolu bilirsiz niyə sevirəm?”

2014-cü ildən bu yana ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edən “Qarabağ” bu dəfə hədəfə çata bilmədi.

Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə “Tvente”ni məğlub edən “köhlən atlar” Bakıda məğlub oldu.

Hesab 1:1 olarkən, oyunun başa çatmasına saniyələr qalmış ağdamlıların qapısında növbəti qolu görməsi əlavə 30 dəqiqəyə şərait yaratdı ki, enshedelilər daha 2 qol vuraraq əsas mərhələyə yüksəldi.

“Qarabağ”ln prezidenti Tahir Gözəl maraqlı açıqlamalarla diqqət çəkib:

“Bu axşamkı nəticə məyusedicidir. Amma ilk növbədə “Tvente”ni təbrik etmək istəyirəm. Onlar möhtəşəm oyun nümayiş etdirdilər.

Meydanda olduqları hər an ürəklərini və bütün enerjilərini ortaya qoydular. Qələbə qazandılar və düşünürəm ki, buna layiq idilər.

Əlbəttə, oyun həyəcanlı keçdi. Biz də qalib gələ bilərdik. Bəlkə də cəmi iki dəqiqə çatmadı. Amma futbolda heyrətamiz olan da budur. Futbolu bilirsiniz niyə sevirəm? Çünki düşünməyə vaxtın olmur.

Qarşıda bizi fantastik bir mövsüm gözləyir. Mən prezident kimi yeni komandamı formalaşdırmaq və onunla çalışmaq üçün böyük həvəs və enerji ilə doluyam.

Hazırda çox yaxşı komandamız var. İnanıram ki, gələn mövsüm bütün gücümüz və enerjimizlə yenidən geri dönəcəyik. Bunun üçün səbirsizlənirəm”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti