“Qarabağ”ın BLOKLANMASI

15:00 Qarabağ 221
“Qarabağ”ın BLOKLANMASI

“Qarabağ”ın Avropa yürüşü bu dəfə gözlənilmədən və ağır şəkildə başa çatdı.

Ağdam təmsilçisi doğma meydanda “Tvente”yə 1:4 hesabı ilə məğlub olaraq iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə mübarizəni dayandırdı.

Bununla da “Qarabağ”ın 2014/15 mövsümündən başlayan və 12 mövsüm davam edən ardıcıl UEFA qrup və liqa mərhələsində iştirak seriyası qırıldı.

Əslində, görüşün ilk hissəsində “Qarabağ” oyunu nəzarətdə saxlamağa və rəqibin üstünlüklərini məhdudlaşdırmağa çalışdı. Fasiləyə 0:0 hesabı ilə gedildi.

İkinci hissənin əvvəlində Kadi Borgesin qolu “Qarabağ”a böyük üstünlük verdi və həmin anda komanda mərhələni keçməyə çox yaxın idi. Lakin bundan sonra oyunun dinamikası dəyişdi.

“Tvente” xüsusilə oyunun son hissəsində fiziki və temp baxımından daha üstün göründü. Niderland klubu topa daha çox nəzarət etdi, hücumların davamlılığını qorudu və “Qarabağ”ın müdafiə blokunu getdikcə daha çox geriyə sıxışdırdı.

Statistikada da bu üstünlük “bərq vurur”: “Tvente” topa 67 faiz nəzarət edib.

Ən böyük problem isə “Qarabağ”ın oyunun kritik mərhələsində hesabı və tempi idarə edə bilməməsi oldu.

1:0-dan sonra komanda bir qədər daha aşağı blokda qaldı, “Tvente” isə riskləri artıraraq, oyunun istiqamətini tamamilə dəyişdi.

79-cu dəqiqədə Marko Pyaçanın qolu vəziyyəti bərabərləşdirdi, əlavə vaxtda isə Maks Bruns, Vout Veqhorst və Yunes Taha “Tvente”nin üstünlüyünü rəqəmlərə çevirdilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti