"Növbəti mövsümlərdə bizi uğurları ilə sevindirən "Qarabağ" görəcəyik"

29 Avqust 04:00 Qarabağ 366
"Növbəti mövsümlərdə bizi uğurları ilə sevindirən "Qarabağ" görəcəyik"

"Qarabağ" növbəti illərdə də Avropadakı uğurları ilə azarkeşləri sevindirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

56 yaşlı mütəxəssis "köhlən atlar"ın Bakıda Niderlandın "Tvente" komandasına əlavə vaxtda 1:4 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb:

"Komandanın bu nəticəsinə görə üzülürəm. Qarşılaşmada ilk qolu "Qarabağ" vurmuşdu. Öndə olsalar da, son dəqiqələrdə üstünlüyü əldən verdilər. Amma artıq irəli baxmaq lazımdır. Komanda uzun illər Azərbaycan futbolunu Avropada layiqincə təmsil edib. İnanıram ki, növbəti mövsümlərdə də Avropadakı uğurları ilə azarkeşləri sevincirəcəklər".

A.Əsədov heyətin yenilənməsinin də Ağdam klubunun nəticələrinə təsir etdiyini xatırladıb:

"Bəzən elə vaxt gəlir ki, komandada dəyişikliklər olur, eniş yaşanır. Bu, hər bir komandanın başına gələ bilər. "Qarabağ" da bu günlərdən keçir. Komanda yenidən formalaşır, heyətə yeni futbolçular cəlb edilib. Qurban Qurbanov işini yaxşı bilən təcrübəli mütəxəssisdir. İnanırıq ki, növbəti mövsümlərdə bizi uğurları ilə sevindirən "Qarabağ" görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada