«Tvente» ilə cavab oyununda yalnız «Qarabağ»ın futbolçuları yorğun-arğın təsir bağışlamadı.
Qurban Qurbanov da illərin yorğunu kimi göstərdi özünü.
Etdiyi əvəzetmələrlə, vaxtında taktiki dəyişiklərə əl atmamaqla. Buraxdığı hər yeni futbolçudan sonra «Qarabağ»ın oyunu daha da zəiflədi, rəqib isə əksinə, daha çox üstlərinə gəldi, mərkəzi götürdü, cinahları su yoluna döndərdi.
Fiziki cəhətdən cəmi 50-55 dəqiqə mübarizə aparan, ondan sonra bütün komponentlərdə insiativi «Tvente»yə verən «Qarabağ»ın psixoloji hazırlığı yox səviyyəsindədir.
Oyunçunun qaçmağa gücü qalmayıbsa, beyinimi işləyər, ayağımı sözünə baxar? Siz nə vaxt görmüsüz ki, «Qarabağ»ın müdafiəçiləri topu hara gəldi vursun?
Əks-hücum zamanı «yuvarlaq meşin»i birinci zonaya qaytarmaq nə deməkdir?
İkinci topların 90 faiz halda «Tvente»də qalmasına nə sözünüz?
Plansız «Qarabağ» izləmişdsiz, ümumiyyətlə? Yadımıza gəlmir hər halda.
Keçid mərhələsi belə olmur. «Qarabağ»ın yaşadıqları batmaq mərhələsidir, əslində. Hələlik Qurbanov bunu etiraf etməsə də.
Amma hələlik.
Az keçsin qoy: onun dilindən təkcə bunu yox, başqa etiraflar da eşitməyə hazır olun.
Özəlliklə transfer mövzusunda. Qurbanovun son 3 yeni oyunçunu nəzərdə tutaraq, «əgər onlar, heç olmasa, 15 gün əvvəl alınsaydı…» deməsi elə-belə söz deyil.
Bu, seleksiya sahəsinə məsul şəxslərə aid ciddi işarədir.
MUSA
