“Qurban Qurbanova böyük hörmətimi bildirirəm” - Litva səfiri "Qarabağ"ı dəstəklədi

01:50 Qarabağ 45
“Qurban Qurbanova böyük hörmətimi bildirirəm” - Litva səfiri "Qarabağ"ı dəstəklədi

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Konfrans Liqasının pley-off mərhələsindəki məğlubiyyətindən sonra "Qarabağ"a dəstəyini ifadə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ötən gecə "Qarabağ" qələbə qazanmasa da, bir nəticə bu komandanın artıq nail olduqlarını heç cür kiçildə bilməz. "Qarabağ"a və uzun illər ərzində komandaya rəhbərlik edərək Avropa arenasında unudulmaz qələbələr qazandıran,

Azərbaycanın futbol mədəniyyətinə böyük töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm. Belə bir irs həmişəlik qalır", - o yazıb.

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Tvente"yə (Niderland) iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası qırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!