“Qarabağ”ın rəqəmləri ortaya çıxdı, ürəkaçan olmadı

29 Avqust 02:30 Qarabağ 414
“Qarabağ”ın rəqəmləri ortaya çıxdı, ürəkaçan olmadı

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Niderlandın “Tvente” klubu ilə ev oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 1:4 hesabı ilə məğlub olduğu görüşdəki statistikası da ürəkaçan olmayıb.

Belə ki, Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionundakı matçda rəqib qapısına 11 zərbə vurubsa, “Tvente” bundan ikiqat çox cəhd edib.

“Qarabağ” cəmi 1 dəfə “çərçivə”yə düşüb ki, onda da fərqlənib. Əvəzində niderlandlıların 9 belə imkanı olub.

Təmsilçimizin matçda künc zərbəsi yerinə yetirməməsi də diqqətçəkən məqamdır.

"Qarabağ" – "Tvente"

Qollar – 1:4

Zərbələr – 11:22

“Çərçivə”yə zərbələr – 1:9

“Çərçivə”yə düşməyən zərbələr – 5:7

Bloklanan zərbələr – 5:6

Künc zərbələri – 0:9

Oyundankənar vəziyyət – 2:2

Sarı vərəqələr – 6:3

Qırmızı vərəqə – 1:0

Cərimə zərbələri – 22:13

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada