Ağdam klubunun prezidenti: “Olmadı, biz ürəyimizlə yola davam edəcəyik"

29 Avqust 07:40 Qarabağ 511
Ağdam klubunun prezidenti: “Olmadı, biz ürəyimizlə yola davam edəcəyik"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə (1:4) cavab görüşü haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri doğru yolda olduqlarını bildirib:

"Bəli, alınmadı. Futboldur. Xətalarımızdan dərs çıxaracağıq.

Gözəl transferlərimiz var. Bu transferlərin gələcəkdə bizə xeyir verəcəyinə şübhə də etmirəm.

"Qarabağ" doğru yoldadır. Sadəcə iki dəqiqə, iki dəqiqə...Qismət olsaydı, başqa nəticə görərdik.

Olmadı, qismət deyilmiş. Biz ürəyimizlə yola davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada