“Qarabağ” Konfrans Liqasında növbəti oyununa çıxıb.
Ağdam klubu turnirin pley-off mərhələsində “Tvente” ilə mübarizə aparıb.
Komandalar arasında Niderlandda keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbəyə sevinmişdi. Əsas mərhələyə vəsiqə üçün Azərbaycan təmsilçisinə evdə heç-heçə də bəs edirdi.
Mərkəzi arenada keçirilən oyunu norveçli hakim Rohit Saqqi idarə edib. Görüşdə hesabı da “Qarabağ” açıb.
Amma qalan dəqiqələrdə ardıcıl qollar vuran Niderland təmsilçisi həm oyunu əlavə vaxta aparıb, həm də yekunda darmadağınla qalib gələrək əsas mərhələyə yüksəlib. “Qarabağ” isə bu mövsüm avrokuboklarla erkən vidalaşıb.
“Sportinfo TV”də yayımlanan “Avropa həftəsi”nin son buraxılışı bu qarşılaşmaya həsr olunub.
Verlişdə “köhlən atlar”ı yenilgiyə sürükləyən səbəblər geniş müzakirə edilib.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.
"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.
“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.
Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.
Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
