12 illik ənənə dünən pozuldu.
«Tvente» ilə başlayan macəra lə «Tvente» ilə bitdi.
«Qarabağ»ın bu ilin fevralından - «Nyukasl» ilə Çempionlar Liqasının pley-off oyununa təsadüf edən enişi «Tofiq Bəhramov»da olmuşdu.
Dünən də bu məkan «Qarabağ»ın növbəti böyük uğursuzluğuna səhnə oldu
Vəziyyət kritik deyil daha. Ondan da o tərəfə keçib.
Qurban Qurbanovun görəcəyi işlər başından aşmır ta. Onu da aşır.
Yenilənmə və quruculuq indiyədək bir səmtdə aparılıb - hoca son 3 ayda yalnız futboçluları dəyişməklə məşğul olub. Bu müddətdə 11-12 nəfər gəlib-gedib.
Öz korpusunda isə heç bir dəyişiklik etməyib - hamısı öz yerində qalıb.
Ən həssas və ən vacib mərkəz - gərək Qurbanov islahatlara buradan - yaxınlığında olanladan başlayardı. Dərin «qazıntı» işlərinə start vermişdisə, onları nəzərindən kənarda saxlamazdı.
Fiziki hazırlıq çox aşağıdır. Buna görə də «Tvente» oyunun əsas vaxtının son 30 dəqiqəsində «Qarabağ»ı həm toplu, həm də topsuz epizodlarda «döydü».
Döymək var, döymək var da! Yəqin ki, Qurbanov dünənki o döyülməyi ömrünün axırınadək yadından çıxarmayacaq.
MUSA
