"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Bakıda "Tvente"ni qəbul edir.
Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan tərəf avrokuboklarla vidalaşacaq.
“Tvente”nin Bakıda daha aqressiv oynaması gözlənilir. Onlar mütləq qol axtaracaqlar və ilk oyundakı 61%-lik topa sahiblik göstəricisini daha da yüksəltməyə çalışacaqlar.
Amma bu, “Qarabağ” üçün əks-hücumlarda daha çox boşluq deməkdir.
“Qarabağ”ın əsas vəzifəsi ilk 20-25 dəqiqədə emosional oyuna getməmək, müdafiə strukturunu qorumaq və “Tvente”nin erkən qol vurmasına imkan verməməkdir.
Əgər “Qarabağ” ilk hissəni qolsuz başa vursa, təzyiqin böyük hissəsi “Tvente”nin üzərinə keçəcək. Çünki artıq onlar iki hissə ərzində mütləq qol tapmalı olacaqlar.
2009-cu ildə ilk qarşılaşmada Enshededə “Tvente” 3:1 qalib gəldi. “Qarabağ”ın yeganə qolunu Vüqar Nadirov 8-ci dəqiqədə vuraraq, komandanı önə keçirmişdi.
Daha sonra Brayan Ruiz iki, Duqlas isə bir qol vurdu. Bakıda cavab matçı 0:0 başa çatdı və “Tvente” növbəti mərhələyə yüksəldi.
Məhz həmin qarşılaşmalardan sonra “Qarabağ”ın hücumçusu Vaqif Cavadov “Tvente”yə keçdi.
2014-cü ildə komandalar yenidən qarşılaşdılar: Bakıdakı oyun 0:0, Enshededəki cavab matçı isə 1:1 başa çatdı. “Tvente” 37-ci dəqiqədə Lük Kastanyosla hesabı açdı, M
uarrem Muarrem 51-ci dəqiqədə cavab qolunu vurdu. “Qarabağ” səfər qolu qaydası ilə “Tvente”ni keçərək, tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi.
İndi isə 2026-cı ildə “Tvente” ilə üçüncü Avropa qarşılaşmasıdır. “Qarabağ” yenə keçid dövründədir: yeni sistem, nəsil dəyişikliyi və problemlər.
Əgər “Qarabağ” bu dəfə də “Tvente”ni keçsə, bu, sadəcə, növbəti mərhələ deyil-bəlkə də klubun yeni erasının başlanğıcı olacaq.
SPORTİNFO.AZ
