“Səbəbkar özümüzük” - “Tvente”nin legioneri “Qarabağ”dan nə dedi?

18:20 Qarabağ 111
“Səbəbkar özümüzük” - “Tvente”nin legioneri “Qarabağ”dan nə dedi?

“Qarabağ” Konfrans Liqasının əsas mərhələsinə bir addım da yaxınlaşdı.

Hərçənd ciddi itkilərə məruz qalan “köhlən atlar”ın Niderland səfərində məğlub olacağını təxmin edənlərin sayı kifayət qədər idi.

Azərbaycanın Avropadakı qürur yeri bu dəfə də mümkünsüz görünəni reallaşdırıb səfərdə “Tvente”ni 1:0 hesabı ilə məğlub edib cavab qarşılaşması öncəsi ciddi üstünlük yaxaladı.

Klub televiziyasına açıqlama verən “Tvente”nin norveçli yarımmüdafiəçisi Sondre Oryaseter məğlubiyyətin səbəbini dilə gətirib:

“Bizim üçün çətin oyun oldu. Yaxşı təşkilatlanmış və mübarizə aparan rəqibə qarşı oynayırdıq. Həqiqətən təcrübəli komandadır.

Qələbə qazana bilməməyimizin səbəbkarı özümüzük. Yol verdiyimiz səhvlər sonda məğlubiyyətə səbəb oldu.

Oyunboyu rəqibin cərimə meydançasına yaxın oynayır, əksər vaxtlarda qapıya yaxınlaşırdıq. Çox sayda qol imkanlarımız var idi, lakin yararlana bilmədik.

Təəssüf ki, burada istədiyimiz nəticəni qazana bilmədik. Üzgünük. Qarşıda bizi cavab oyunu gözləyir. Hazırlaşacağıq”.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” matçı saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!