“Qarabağ”a 2 qol vurmaq çətin görünür” - Niderlanddan Bakıya gələn

17:40 Qarabağ 209
“Qarabağ”a 2 qol vurmaq çətin görünür” - Niderlanddan Bakıya gələn

“Qarabağ”ı Konfrans Liqasının əsas mərhələsindən saatlar ayırır.

Avqustun 20-də səfərdə “Tvente”ni 1:0 hesabı ilə məğlub edən “köhlən atlar” bu axşam cavab matçına çıxacaq.

Əlbəttə, 1 topluq üstünlük əsas mərhələnin təmin olunması anlamına gələ bilməz. Niderlnad təmsilçisinin erkən qolu valın tərsinə çevrilməsinə səbəb ola bilər.

Ölkə futbol ictimaiyyəti üçün maraq doğuran qarşılaşmadan öncə Azərbaycanda top qovan, ötən mövsüm Eredeviziyada “Tvente”yə qarşı oynayan və bu komandanı kifayət qədər tanıyan Dilan Mertenslə danışdıq.

“Şəfa”nın yarımmüdafiəçisi proqnoz verməkdə çətinlik çəkdiyini desə də, ümumi fikirlərini səsləndirməkdən çəkinmədi:

“Tvente” – “Qarabağ” qarşılaşmasını 90 dəqiqə izlədim. Əvvəl də demişdim ki, komandaların güc nisbəti eynidir, oxşardır. Sadəcə “Qarabağ”da döyüşkənlik və mübarizə ruhu daha çoxdur. Ümumiyyətlə, Niderland liqası bu baxımdan “axsayır”.

Müasir futbol mübarizliyi sevir. Texniki və taktiki bacarıqların yüksək ola bilər. Önəmli olan döyüşməkdir ki, “Qarabağ” bunun sayəsində qələbə qazandı.

Döyüşü uduzursansa, topa sahibolma faizi, yaxud neçə qol epizodu yaratmağın arxa plana keçir. “Tvente” döyüşü uduzdu, ikili mübarizələrin çoxunda məğlub oldu.

Cavab oyununa proqnoz vermək çətindir. Çünki 1:0 sürüşkən hesabdır. Məni “Tvente”yə heç nə bağlamır. Amsterdamdan olduğum üçün “Ayaks”a rəğbət bəsləyirəm.

Sözsüz, azarkeş vəə meydan amili “Qarabağ”ın tərəfində olacaq. Çünki Bakıda möhtəşəm dəstək olur. “Tvente”nin 2 qol vurması mənə görə çətin görünür. Ancaq bu, futboldur, nə olacağını bilmək olmur.

Hər bir halda komandalara uğurlar arzulayıram. Ümid edirəm ki, azarkeşlər matçdan zövq alacaq”.

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!