“Tvernte”nin baş məşqçisi bu AÇIQLAMA ilə “Qarabağ”ın “gözünün odunu” almaq istədi

14:20 Qarabağ 193
“Tvernte”nin baş məşqçisi bu AÇIQLAMA ilə “Qarabağ”ın “gözünün odunu” almaq istədi

“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi ilk oyunda 0:1 hesabı ilə uduzduqlarını xatırladaraq sabahkı qarşılaşmanın komanda üçün önəmli olduğunu deyib:

“Sabah bizim son şansımızdır və hər şey həmin oyunda həll olunmalıdır. Artıq heç bir bəhanə keçərli deyil. Səfərə bir gün tez çıxmağımız yaxşı oldu. Dünən axşam bura gəldik. İki saatlıq vaxt fərqi var və iqlimə uyğunlaşmaq imkanımız oldu. Yaxşı şəraitdə səfər etdik. Sakit bir gün keçirdik, gəzintiyə çıxdıq. Bu gün üçün ən vacib məqam isə axşamkı məşqimizdir”.

Van den Brom ilk görüşü bir neçə dəfə təhlil etdiklərini bildirib:

“Həmin oyuna bir neçə dəfə yenidən baxmışıq. Ən yaxşı oyunumuzu keçirmədik, amma kifayət qədər yaxşı alınan məqamlar da var idi. "Qarabağ" kimi bir komandaya qalib gəlmək üçün hər kəs özünün ən yaxşı oyununu nümayiş etdirməlidir. Bu qarşılaşmanın əsas çətinliyi də bundadır. Bir həftə ərzində bu oyuna hazırlaşmaq imkanımız oldu və buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlarımız oldu və rəqibə nisbətən az fürsət verdik. Son şansımız uğrunda bütün gücümüzlə mübarizə aparmaq üçün kifayət qədər əsasımız var”.

Komandanın heyəti barədə danışan 58 yaşlı mütəxəssis bildirib ki, Stav Lemkin, Sem Lammers və Kristian Hlynsson zədə səbəbindən Bakı səfərinə çıxmayıblar:

“Kris ötən həftə meydana sonradan daxil olduğu oyunda baldırından zədə alıb. Semdə də eyni vəziyyətdir, onun budun arxa əzələsində problemi var.

Onlar səfərə çıxacaq qədər hazır deyildilər. Evdə bazar gününə hazırlaşırlar. Krisin vəziyyəti Semlə müqayisədə daha mürəkkəbdir, amma gözləməliyik”.

"Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!