“Qarabağ”a qarşı səviyyəndən aşağı oynasan, çox çətinlik çəkəcəksən”

02:20 Qarabağ 87
“Qarabağ”a qarşı səviyyəndən aşağı oynasan, çox çətinlik çəkəcəksən”

“Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında “Tvente”nin Bakıdakı cavab oyununda daha yaxşı çıxış edəcəyinə inandığını bildirib:

“Ağır məğlubiyyət yaşadıq. Çünki bazar günü “Zvolle”yə qarşı oyundan sonra hamımız pozitiv idik.

Meydanda yaxşı vəziyyətdə olan 11 futbolçuya ehtiyacımız var. “Qarabağ” kimi komanda ilə qarşılaşanda səviyyəndən aşağı oynasan çox çətinlik çəkəcəksən.

Amma bugünkü oyun gələn həftə üçün mənə ümid verir. Biz həqiqətən daha yaxşı oynaya bilərik”.

Mütəxəssis komandasının uğursuz çıxışının səbəbini izah edə bilmədiyini də söyləyib:

“Bazar günü də eyni heyətlə oynamışdıq. Bəzən belə vəziyyəti izah etmək mümkün olmur.

Komanda çox gərgin görünürdü, amma bunun səbəbini izah etmək həqiqətən çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!