Ona görə özlərindən özündən çıxdı: “Belə hörmətsiz yola salmazlar”

23:00 Qarabağ 159
Ona görə özlərindən özündən çıxdı: “Belə hörmətsiz yola salmazlar”

“Qarabağ”da Abdullah Zubir dövrü başa çatdı.

2018-ci ilin yayında “köhlən atlar”la müqavilə bağlayaraq 6 dəfə Azərbaycan çempionu olan, 2 dəfə Azərbaycan kubokunu başı üzərinə qaldıran, avrokuboklarda 120 oyun keçirən 34 yaşlı futbolçunun karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcəyi deyilir.

Ağdam klubu Zubirlə bağlı video hazırlayaraq ünvanına xoş sözlər yazıb, göstərdiyi xidmətlərə görə təşəkkür edib.

“Qarabağ”ın sosial media səhifələrinin izləyiciləri klubu sadə paylaşıma görə tənqid edərək əfsanənin bu şəkildə yola salınmalı olmadığını qeyd ediblər:

“Qarabağ” niyə oyunçuları ilə normal vida mərasimi keçirə bilmir görəsən””

“Belə getməli deyildi, sağollaşma tədbiri hazırlanmalıydı”.

“Heç olmasa “Dinamo Kiyev”lə oyundan sonra stadiona toplaşan azarkeşlərə bu barədə məlumat verərdiniz. Sadə bir video ilə sağollaşmaq olur?”

“Ayıb olsun ki, komandanın əfsanəsi ilə görüş təşkil etmədiniz”.

“Bir kapitan belə yola salınmamalıydı. Çox-çox heyif”.

“Oyunçulara bir az hörmətiniz olsun. Zubir bu cür yola salınmamalıydı”.

“Zubiri belə hörmətsiz yola salmaq lazım deyildi”.

“Ən azından Zubirə görə bir oyun keçirərdilər, layiqli şəkildə yola salardıq. Kapitan belə getməməliydi”.

O, 8 il ərzində “Qarabağ”ın formasında bütün turnirlərdə meydana çıxdığı 369 oyunda 79 qol vurub, 96 qolun ötürməsini verib.

Vurduğu 18 qolla “Qarabağ” tarixinin avrokuboklardakı ən sərrast futbolçusudur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti