Qurban Qurbanov son anda onun gedişinə qarşı çıxdı

22:20 Qarabağ 326
Qurban Qurbanov son anda onun gedişinə qarşı çıxdı

"Zirə" və "Sumqayıt" Şahruddin Məhəmmədəliyevə elçi düşüb.

Hətta "Qarabağ"la ilkin danışıqlar da müsbət keçib.

Kiperin ən azı yanvara qədər bu klublardan birinə icarəyə verilməsi nəzərdə tutulub.

Amma Ağdam klubu son anda fikrindən daşınıb.

Bu da səbəbsiz deyil.

Mateus Koxalskinin gedişi gündəmə gəlib.

Polşalı legionerin gedişi an məsələsidir.

Belədə Qurban Qurbanov yalnız Martin Zlomişliçin ümidinə qalmaq istəməyib.

"Şah"ın ehtiyat qapıçı olaraq qalmasını vacib hesab edib.

Belədə danışıqlar dondurulub. Yenidən mövzuya qayıdıb-qayıtmamaq Koxalskinin gələcəyindən asılı olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti