Görün, "Qarabağ"dan ayrıla bilsə, nələr qazanacaq!

19:00 Qarabağ 177
Görün, "Qarabağ"dan ayrıla bilsə, nələr qazanacaq!

Şahruddin Məhəmmədəliyevi həm “Zirə”, həm də “Sumqayıt” heyətinə qatmaq istəyir. Amma “Qarabağ” onun gedişinə razılıq vermir.

Əslində, “Şah”ın “Qarabağ”dan ayrılmasının bir neçə tərəfdən faydası ola bilər.

Bilirik ki, artıq Ağdam klubunda ona ehtiyat qapıçı gözü ilə baxılır.

Deməli, ehtiyatda qalmaqdansa, başqa komandaya gedib mütəmadi oynamaq onun üçün daha yaxşı variantdır.

Oyun praktikası qazanar, formasını qoruyar və özünü yenidən göstərə bilər. Kimsə yaşına görə "əşşi ona oynamaq lazımdır" sualını verə bilər.

Özünə bəlkə də lazım deyil, amma...

Şahruddinin təcrübəsi “Zirə” və ya “Sumqayıt” üçün ciddi üstünlüyə çevrilə bilər. Yəni onun gediş təkcə futbolçunun özünə yox həm də yeni komandasına fayda verə bilər.

Bunlardan da ən vacibi isə milli komandadır.

Bu gün birmənalı ən yaxşı kiperimizdir. Oynamaya-oynamaya da yığmaya dəvət alır. Haqlı olaraq bu da narazılıq yaradır.

Mütəmadi oynayan, formada olan Şahruddin Məhəmmədəliyevin millidən dəvət alması daha ədalətli olar. Həm də şansı daha yüksək olacaq.

Bir sözlə, futbolçunun "Qarabağ"da ehtiyatda qalması yox, oynayacağı yerə getməsi daha doğru qərardır.

“Şah” üçün də indi əsas məsələ məhz budur: ehtiyatda qalmaq yox, oynamaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti