Konfrans Liqasının pley-off mərhələsində böyük narahatlıqla gözlədiyimiz "Tvente" - "Qarabağ" qarşılaşması geridə qaldı.
Matç Azərbaycan təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşdı.
Yeganə qouu 52-ci dəqiqədə Kadi Borges vurdu. Beləliklə, "Qarabağ" cavab qarşılaşması öncəsi minimal üstünlük əldə etdi.
Bu oyundan sonra «Qarabağ» haqqında daha böyük bir fikir səsləndirmək üçün əsas var.
Çünki söhbət yalnız Ensxededə əldə olunan 1:0 hesablı qələbədən getmir. Söhbət komandanın potensialından gedir.
Əgər mövsümün gedişində optimal formasını tapsa, fiziki hazırlıq, oyun ritmi və fərdi keyfiyyət baxımından öz maksimum səviyyəsinə yaxınlaşsa, təkcə hazırkı Azərbaycan futbolunun deyil, ümumilikdə, Azərbaycan futbolu tarixinin və «Qarabağ» tarixinin ən güclü və ən təhlükəli komandalarından birinə çevrilə bilər.
Bunun üçün artıq müəyyən əsaslar görünür.
Komandada Avropa səviyyəsində təcrübə var. Fərdi keyfiyyət var.
Müdafiə intizamı var. Keçidlərdə sürət var.
Oyunun ritmini dəyişə bilən futbolçular var. Ən əsası isə böyük oyunlarda nəticə əldə etmək təcrübəsi var.
Ensxededə bunun çox aydın nümunəsini gördük.
«Qarabağ» topa daha az sahib oldu, daha az hücum etdi və daha az zərbə vurdu. Amma oyunun ən vacib epizodunda daha keyfiyyətli qərar verdi və hesabı açdı.
Niderland mətbuatının reaksiyası da bu mənzərəni təsdiqləyir.
“Twente Insite” ”Qarabağ” qarşısında 0:1 hesablı məğlubiyyəti ağrılı qiymətləndirib və komandanın ilk hissədə topa daha çox sahib olmasına baxmayaraq, ağdamlıların kompakt müdafiəsini yarmaqda çətinlik çəkdiyini vurğulayıb.
SPORTİNFO.AZ
