"Tvente"nin bəzi futbolçuları "Qarabağ"la matçda öz səviyyələrindən aşağı oynayıblar.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.
Mütəxəssis 0:1 hesabı ilə uduzduqları Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Mövcud raundda yaxşı rəqiblərlə mübarizə aparırsınız. Bu o deməkdir ki, siz də yaxşı olmalısınız.
Bu gün bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar. Amma cavab qarşılaşması üçün ümidim var. Çünki daha yaxşı çıxış edə bilərik".
Con van den Brom "Qarabağ"ın da yaxşı komanda olduğunu söyləyib:
"Onların keyfiyyətlərini gördük. Rəqib yaxşı kollektivdir. Amma məncə, biz daha yaxşı oynaya bilərdik".
Komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
