"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə qaib gəldikləri ilk oyun (1:0) haqda danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında qələbəni şərh edərkən azarkeşlərə də təşəkkür ünvanlayıb:
"Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar və güc sərf etdilər.
Biz komanda olaraq 3-cü dəfədir burada oluruq. İnanın ki, hər dəfə bu stadiondan, azarkeşlərdən, oyundan daha çox zövq alırıq.
Rəqibin azarkeşlərinə də, futbolçularına da təşəkkür edirəm. Bizim də azarkeşlərimiz gəlmişdilər. 1 dəqiqə belə dayanmadılar.
Sanki hamı bizim yanımızda idi. Çox xoş idi. Vacib qələə qazandıq.
Amma bu, hələ ilk oyundur. Bakıda cavab matçı keçirəcəyik.
"Tvente" sürətli oynaya və çoxlu qol epizodları yarada bilir. Ona görə də Bakıda daha diqqətli, intizamlı oynamalıyıq ki, iki oyunun nəticəsinə görə qalib olaq.
İnanıram ki, Bakıdakı oyun da maraqlı keçəcək və azatkeşlərimizi sevindirə biləcəyik".
