Bunları qətiyyən etmək olmaz - “Qarabağ”ın diqqətinə!

20:40 Qarabağ 128
Bunları qətiyyən etmək olmaz - “Qarabağ”ın diqqətinə!

«Qarabağ» üçün çox vacib günlərdən biridir.

Qurban Qurbanovun komandası dünəndən bəri Niderlanddadır.

Bu gün məlum olacaq ki, «köhlən atlar»ın Konfrans Liqasında liqa mərhələsinə vəsiqə qazanmaq şansı nə qədərdir.

İstənilən halda Enshede səfərinin çox çətin keçəcəyi dəqiqdir. Axı «Tvente» 12 il qabaq Avropa Liqasında onun yolunu kəsmiş Ağdam təmsilçisindən revanş almaq arzusuyla alışıb-yanır.

«Qarabağ» ən çox nədən ehtiyat etməlidir?

Birinci məsələ - Vaut Veqorstun ətrafında ikinci toplar.

Müdafiəçi ilk hava duelini qazansa belə epizod bitmir. Zerruki, Rots və digər yarımmüdafiəçilər ikinci topu götürsələr, hücum dərhal davam edə bilər.

İkinci məsələ - «Qarabağ» hesabda öndə olduqda həddindən artıq aşağı düşməməlidir.

«Dinamo»ya qarşı bunu müəyyən periodlarda etmək mümkün idi. Vaut Veqorstlu «Tvente»yə qarşı isə cərimə meydançası ətrafında 20-25 dəqiqə müdafiə olunmaq çox təhlükəlidir. Cinah ötürmələrinin sayı artdıqca Niderland klubunun üstünlüyü böyüyəcək.

Üçüncü məsələ - standart vəziyyətlər.

«Qarabağ» Enşededə mümkün qədər az künc və cinah cəriməsi verməlidir.

Dördüncü məsələ - pressinq balansı.

«Tvente»ni yüksəkdə qarşılamaq lazımdır, amma pressinqin ilk xətti qırılırsa arxada 40 metr boş sahə buraxmaq olmaz.

Bizim qiymətləndirməmiz

Bugünkü vəziyyətdə cütü belə görürük:

«Qarabağ»: 53-55%
«Tvente»: 45-47%

Bu, bukmeker əmsalı deyil, mövcud forma, taktiki uyğunluq, iki oyunun ardıcıllığı və Avropa təcrübəsi əsasında mənim qiymətləndirmədir.

Enşededə keçiriləcək ilk matçda «Tvente»ni cüzi favorit hesab etmək daha məntiqlidir. «Qarabağ»ın əsas məqsədi həmin oyunu «qazanmaq məcburiyyətində olan matç»a çevirməmək və cütlüyün taleyini Bakıya gətirməkdir.

Çünki «Qarabağ»ın ən böyük üstünlüyü məhz budur: bu komanda artıq Avropada bir oyunu deyil, iki oyunluq qarşıdurmanı necə oynamaq lazım olduğunu çox yaxşı bilir.

Və tarixdə qəribə bir simmetriya yaranır.

2009: «Tvente» «Qarabağ»ın yolunu kəsdi.

2014: «Qarabağ» «Tvente»ni keçərək, tarixində ilk dəfə qrup mərhələsinə çıxdı.

2026 - yenidən pley-off, yenidən Enşede və Bakı, yenidən Avropanın əsas mərhələsi uğrunda mübarizə.

12 il əvvəl «Qarabağ» üçün böyük Avropa tarixinin qapısı «Tvente»nin qarşısında açılmışdı. İndi həmin qapı yenidən qarşıdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti