“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk matçında “Tvente” (Niderland) ilə üz-üzə gələcək.
Saat 22:00-da Enshededəki “Tvente” stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FİFA referisi Yucin Caya idarə edəcək.
Komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
22:00. "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan) 0:0
Tvente" (əsas heyət): 1. Unnerştall, 28. Van Roy, 43. Nistad, 3. Pröpper (k), 29. Adelqard, 6. Zeruki, 42. Vaydman, 7. Pjaca, 11. Daan Rots, 9. Veqhorst, 27. Öryaseter.
Ehtiyat oyunçular: 16. Drommel, 22. Pasyer, 4. Kjölo, 10. Lammers, 12. Qilherme Peyşoto, 14. Hlinsson, 17. Torvaldsen, 19. Taha, 20. Van den Belt, 24. Kurovski, 25. Venneqor of Hesselink, 38. Bruns.
“Qarabağ: (əsas heyət): 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş hakim: Cuxin Caca (Albaniya)
"De Qrolş Veste", Enşede, Niderland
