Konfrans Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.
“Köhlən atlar” pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda “Tvente”nin qonağı olacaq.
Ağdamlılar bu axşam özünü yad meydanda yox, evindəki kimi hiss edəcək.
Buna səbəb azərbaycanlı azarkeşlərin oyuna hədsiz maraq göstərməsidir.
Belə ki, təxminıən 600 azarkeş bu gün tribunadakı yerini tutacaq. Qonaq tərəfdarlara 1500 bilet ayrıldığından, sayın bir az da artıq olacağı gözlənilir.
Belə olması təbii ki, “Qarabağ”ın futbolçularının əhvalına yaxşı mənada təsir edəcək.
Bu gün “De Qrolş Veste” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
