Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözel oyunçulara “premiya” sözü verib.
O, futbolçulara qrupa düşəcəkləri halda 1 milyon manat mükafat ayıracağını bildirib.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq. Bu gün "De Qrolş Veste" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
"Qarabağ" və "Tvente" bunadək 2009-cu ildə və 2014-cü Avropa Liqasının pley-off mərhələlərində üz-üzə gəliblər.
İlk dəfə mərhələ keçən tərəf "Tvente" olub (3:1, 0:0). İkinci dəfə isə "Qarabağ uğur qazanıb.
Bakıdakı ilk matç 0:0, Enşededəki cavab oyunu 1:1 hesabı ilə yekunlaşıb. Qurban Qurbanovun komandası o vaxtkı səfər qolu sayəsində tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

