Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Tvente" ilə qarşılaşacaq "Qarabağ" Niderlanda yollanıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bir qədər əvvəl oyun üçün Enşede şəhərinə yola düşüb.
"Tvente" - "Qarabağ" qarşılaşması sabah "De Qrolş Veste" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.
