"Qarabağ" 2 milyon avroluq transfer edəcək? - YENİ İDDİA

12:40 Qarabağ 19
"Qarabağ" 2 milyon avroluq transfer edəcək? - YENİ İDDİA

"Qarabağ"ın ÇSKA-nın (Bolqarıstan) yarımmüdafiəçisi Ceyms Etoya maraq göstərməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.

Sportinfo.az Bolqarıstanın “Tema Sport” portalına istinadən xəbər verir ki, Sofiya klubunun rəhbərliyi ən azı 2 milyon avro istəyir.

Kamerunlunun müqaviləsini 2028/2029 mövsümünün sonuna qədər artırdıqları üçün Ağdam klubundan daha böyük məbləğ tələb etməsi mümkündür.

ÇSKA "Qarabağ"ı Avropa Liqasının seçmə mərhələsinin ikinci turunda (0-0, 0-0, penaltilərdə 5-4) mübarizədən kənarlaşdırıb və Eto cavab görüşündə həlledici penaltini yerinə yetirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!