Bəlkə Qurban Qurbanovun özü də təsəvvür etməzdi ki…

10:40 Qarabağ 234
Bəlkə Qurban Qurbanovun özü də təsəvvür etməzdi ki…

Yenilənmə çox gedir «Qarabağ»da.

İyunun ilk güelərindən bəri sürətlə dəyişən komanda indi başqa mərhələyə çatmalıydı: oyun komponentlərində nələrsə düzəlməli idi.

Düzəlmir. Heç yaxın tarixdə düzəlməsi də gözlənilmir. Bir-iki yox, çox şey çatmır.

Premyer Liqada qalmaqdan savayı bir arzusu, istəyi, məqsədi olmayan «Şamaxı»ya öz oyununu diqtə edə bilməyən «Qarabağ» həyacan siqnalı ilə ayılana oxşamır.

Əslində, bu zəng 1 aydan artıqdır çalınır, xeyri nədir amma - heç nə.

«Təhlükə qapıdadır» çağırışından da keçib. Təhlükə artıq qapıdan içəriyə soxulub. Və otağı qaranlığa qərq edib.

«Qarabağ»ın adındakı «qara» hissəsi «bağ» bölümünün üzərini qatı dumanla örtüb.

Qurban Qurbanov mayda köklü islahatlara başlayanda, bilirdi ki, proses ağır gedəcək. Ancaq yəqin ki, keçid mərhələsinin bu qədər sancılı olacağını o özü də təsəvvür etməzdi.

Yarımmmüdafiə və hücum arasında rabitə bu 2-3 ayda hardasa bərpa olunmalıydı. Olunmayıb.

65-70 gündür bir arada olan, məşq edən futbolçular özlərini niyə meydanda belə, sanki bir-birlərini ilk dəfə görür, tanıyırmış kimi aparır, sirri-xudadır.

Marko Yankoviç ikinci hissədə meydana daxil olmasaydı, deməli, «Qarabağ» zəif rəqibinə qalib gəlməyəcəkdi də.

«Tvente»yə qarşı bu bədbin əhval-ruhiyyə və dağınıq oyun çox qorxulu şeylər vəd edir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!