“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Niderlanddan “Tvente” ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
Qarşılaşmadan bir gün əvvəl – avqustun 19-da keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq.
“Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Niderlandın Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.
