“Qarabağ”ın ilk oyunda “Dinamo”ya 0:1 hesablı məğlubiyyəti azərbaycanlıları həvəsdən salmış, ukraynalıları ümidləndirmişdi.
Kiyev təmsilçisinin stajlı fanatları “ağ-göylər”in Bakıda sərfəli nəticə qazanaraq Konfrans Liqasının pley-off mərhələsinə yüksələcəyinə ümid edirdi.
Necə deyərlər, sən saydığını say...
“Qarabağ” cavab görüşündə əfsanəvi “Dinamo Kiyev”in qapısından 2 cavabsız top keçirməklə ukraynalıların arzularını puç etdi.
“Dinamo”nun azarkeşləri Avropa Liqasından Konfrans Liqasına yuvarlanan, burada da duruş gətirə bilməyən sevimli komandalarının durumundan olduqca narazıdır. Xüsusən Kiyev təmsilçisinin ilk oyundakı qələbə hesabını qoruya bilməməsi onları özündən çıxarıb.
Klubun sosial media, eləcə də azarkeş səhifələrində “Qarabağ”ın qələbəsi ilə baş qaldıran narazılıq dalğası ən pik həddə çatıb:
“Dinamo”nun tarixindən utanın, ey utanmazlar”.
“Bunun adı cinayətdir, özünəqəsddir, tərbiyəsizlikdir. Başqa ad bilirsinizsə, yazın”.
“Sevimli klubumun 100 illiyinə bu cür “hədiyyə” etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. “Kolos”dan 8 top buraxıb, “Karpatı”ya da məğlub olub mövsümü 6-cı sırada başa vurarsınız. Bu da olar 100 illiyin təbriki”.
“Dinamo”nu dağıdanlar, bir gün haqq qarşısında cavab verəcəksiniz. Röşvətxorlar, amansızlar, tarixdən xəbəri olmayanlar”.
“Bu, göz görə-görə edilən birabırçılıqdır”.
“Qarabağ” sizə lazım və layiq olduğunuz yeri göstərdi. Başınızı aşağıdan qaldırmayın”.
“Azərbaycan futbolu yüksəlişdədir, klubları əla performans göstərir, bunu başa düşürəm. Ancaq “Qarabağ”a bu şəkildə uduzmağa heç cür haqqınız yox idi. “Dinamo”nun tarixi içinizi dağıdacaq, görəcəksiniz”.
“Hörmətli baş məşqçi və futbolçular, cavab verin. “Qarabağ”ı keçmək niyə bu qədər çətin oldu? Bu, “Dinamo” üçün rəzalətdir”.
“Əvvəl Çempionlar Liqasında yerinizi itirdiniz. Sonra heç olmamaqdansa Avropa Liqası ilə təsəlli tapdınız. İndi isə Konfrans Liqasında belə yeriniz yoxdur. Utanın, arsızlar!”
“Xarakteri olmayan bir komandaya çevrilmisiniz. Bu gün 2008-ci ildəki oyuna baxdım. O vaxt əsl “Dinamo”çular “myasnoy” moskvalılar darmadağın etmişdilər. O vaxt “Dinamo” adlı kişilərin komandası var idi. Siz itlər, bu gün azərbaycanlılar tərəfindən əzildiniz”.
HƏBİB / SPORTİNFO.AZ
