“Qarabağ” 12 il sonra yenə eyni qapının qarşısında

16:00 Qarabağ 167
“Qarabağ” 12 il sonra yenə eyni qapının qarşısında

«Qarabağ» Kiyev «Dinamo»suna qarşı ilk oyundakı 0:1 hesablı məğlubiyyəti Bakıda 2:0-lıq qələbə ilə çevirdi və ümumi hesabda 2:1 üstün olaraq Konfrans Liqasının pley-off mərhələsinə yüksəldi.

Qolları 12-ci dəqiqədə Jaly Muaddib, 69-cu dəqiqədə isə Aleksey Kaşuk vurdu.

Növbəti rəqib «Twente»dir: ilk oyun 20 avqustda Enşededə, cavab görüşü isə 27 avqustda Azərbaycanda keçiriləcək.

Və burada maraqlı tarixi paralel yaranır. «Qarabağ»ın Avropa kuboklarının qrup mərhələsinə gedən böyük yolu məhz «Twente» ilə başlamışdı.

2014-cü ildə Bakıda 0:0 qeydə alınmış, Enşededə isə «Twente» 1:0 önə keçsə də, Muarem Muarem hesabı bərabərləşdirmişdi-- 1:1.

O vaxt qüvvədə olan səfər qolu qaydası ilə «Qarabağ» tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdi. UEFA da həmin mövsümü klubun ilk qrup mərhələsi kimi qeyd edir.

Üstəlik, bu rəqabətin daha köhnə səhifəsi də var. 2009-cu ildə məhz «Twente» «Qarabağ»ı Avropa Liqasının pley-offunda dayandırmışdı: Niderlandda 3:1, Bakıda 0:0. Yəni 2014-cü il eyni zamanda beş il əvvəlki məğlubiyyətin revanşı idi.

12 il sonra - indi «Qarabağ» yenidən «Twente» ilə Avropanın əsas mərhələsinə çıxmaq uğrunda oynayacaq.

Amma 2:0 hesabı bizi yanıltmamalıdır.

Bu, «Qarabağ»ın 90 dəqiqə rəqibi tam boğduğu oyun deyildi. İkinci hissənin müəyyən hissəsində «Dinamo» təşəbbüsü ələ aldı və Kostyuk da bunu matçdan sonra qeyd etdi.

Fərq ondan ibarət oldu ki, «Qarabağ» öz imkanlarını reallaşdırdı, «Dinamo» isə yox.

Məhz buna görə «Twente» ilə oyuna yalnız 2:0 nəticəsinin yaratdığı emosional fonda baxmaq təhlükəlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!