“Ən yaxşı, sən böyüksən” - Eks və indiki “Qarabağ”lılar Zubiri bax belə yola saldı!

16:40 Qarabağ 213
“Ən yaxşı, sən böyüksən” - Eks və indiki “Qarabağ”lılar Zubiri bax belə yola saldı!

Abdullah Zubir üçün “Qarabağ” dönəmi başa çatdı.

2018-ci ilin yayından “köhlən atlar”ın şərəfini qoruyan yarımmüdafiəçi bu müddətdə 6 dəfə Azərbaycan çempionu adını qazandı, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırdı, beynəlxalq arenalarda vurduğu 18 qolla klub tarixinin avrokuboklardakı ən sərrast futbolçusuna çevrildi.

Fransalı təkcə futbolçu bacarığı ilə seçilmirdi. O, həm də nümunəvi insan, yaxşı dost idi.

Elə buna görə də “Qarabağ”dan ayrılmasına indiki və keçmiş komanda yoldaşları sakit yanaşmayıb.

Uzun illər Abdullahla çiyin-çiyinə oynamış futbolçular səbəbkarın “instagram” hesabında etdiyi paylaşımın şərh bölməsində müxtəlif formada ona dəstək nümayiş etdirib, əfsanə olduğunu yazıb.

Leandro Andrade: “Səninlə çiyin-çiyinə oynamaq şərəf idi. Hər şey üçün təşəkkür və gələcək karyeranda uğurlar, əfsanə”.

Kevin Medina: “Yeni yolda sənə uğurlar arzulayıram, Zubar. Özün bilirsən nəyi deyirəm”.

Kamilo Duran: “Əfsanə. Ən yaxşı”.

Marko Yankoviç: “Uğur olsun, Zubirinyo. Möhtəşəm yolçuluq arzulayıram”.

Yassin Benzia: “Sən bura od püskürərək gəldin, əfsanə kimi getdin. Hörmət! Həyatı necə sevirsənsə, elə də yaxşı yaşa”.

Kadi Borges: “Ən yaxşı”.

Musa Qurbanlı: “Əfsanə. Ən yaxşı. İlham mənbəyi. Hər şey üçün təşəkkür edirəm, böyük qardaşım”.

Zakaria Savo: “Böyük hörmətlə, qardaşım. Uğur olsun”.

Aleksey Kaşuk: “Dahi “10 nömrə”. Yolun hər zaman açıq olsun, qardaşım”.

Fabyan Buntiç: “Əfsanə, sən hər şeyin ən yaxşısına layiqsən”.

Jali Muaddib: “Futbol sənətinin sənətkarını təbrik edirəm”.

Mateus Silva: “Səninlə oynamaq şərəf idi”.

Nəriman Axundzadə: “Böyük kiçşi”.

İbrahima Vadji: “Uğur olsun, qardaş”.

Julio Romao: “Yolun açıq olsun, əfsanə”.

Xayme Romero: “Ən yaxşı, sən böyüksən”.

Mahir Emreli: “Usta futbolçu və əfsanə qardaşım”.

Vild-Donald Gerye: “Hər bir futbolçu üçün əsl peşəkarlıq nümunəsisən. Hər şey yaxşı olacaq”.

O, 8 il ərzində “Qarabağ”ın formasında bütün turnirlərdə meydana çıxdığı 369 oyunda 79 qol vurub, 96 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!