“Baxmağa imkan tapdım, “Qarabağ”a qarşı tək qapıya oynadılar”

22:40 Qarabağ 144
“Baxmağa imkan tapdım, “Qarabağ”a qarşı  tək qapıya oynadılar”

Ukraynalı futbol mütəxəssisi Mixail Spivakovski Kiyev “Dinamo”sunun Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirdiyi oyunları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, onun fikrincə, həmyerliləri ikili mübarizələrdə Azərbaycan klubunu üstələyib.

“Dinamo” hər iki oyunda mübarizəni çox inamlı şəkildə qazandı. Bu göstəriciyə baxmağa imkan tapdım.

Necə deyərlər, tək qapıya oynadılar. İkili mübarizə futbolçuların oyuna motivasiyası və mübarizə əzmini göstərən əsas meyarlardır.

“Dinamo”nun bütün futbolçuları “Qarabağ” önündə öz mövqelərində keyfiyyətli çıxış etdilər”, – deyə Spivakovski bildirib.

İlk oyunda 0:1 hesabı ilə məğlub olan “Qarabağ” Bakıdakı cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti