12 ildən sonra "Qarabağ"la bağlı hamını üzəcək hadisə baş verəcək?

18 Avqust 21:00 Qarabağ 797
12 ildən sonra "Qarabağ"la bağlı hamını üzəcək hadisə baş verəcək?

"Qarabağ" üçün dərd batmanla gəlib.

Ötən mövsüm Avropada tarixi nəticələr əldə edən klub daxili arenada çempionluğu "Sabah"a təslim etdi.

Yeni avrokuboklar mövsümü ərəfəsində yaxşı təkliflər alan Kamilo Duran, Leandro Andrade, Kevin Medina kimi fiqurlar düşərgədən getdi.

Ümid qaldı yeni transferlərlərə.

Komanda yeni-yeni qurulurdu ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin CSKA ilə cavab görüşündə əsas qol ümidi Zakariya Savo sıradan çıxdı.

Bütün çətinliklərə rəğmən Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq mümkün oldu.

Qarşıdan "Tvente" ilə matçlar gəlir. Ümidlər çox idi ki, "Qarabağ" bu mərhələni də adlayacaq.

Amma Niderlan təmsilçisi ilə oyunlar öncəsi ardıcıl şok xəbərlər bir-birini əvəzləməkdədir.

Öncə Abdullah Zubir kimi sistemin əsas dayaqlarından biri kollektivi tərk etdi.

Hamı Zubirsiz Elvinin əziyyət çəkəcəyini müzakirə etdiyi anda Cəfərquliyevdən bəd xəbər gəldi. Müdafiəçinin zədəsi ciddidir. Belədə "Tvente" ilə oyunlarda olmayacağı dəqiqdir.

Heç istəməsək də sanki bütün hadisələr 12 illik aradan sonra "Qarabağ"ı liqa mərhələsindən kənarda qoymağa doğru aparır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!