Qurban Qurbanov bir həftə içində “Qarabağ”da hansı problemləri çozdü?

15:15 Qarabağ 187
Qurban Qurbanov bir həftə içində “Qarabağ”da hansı problemləri çozdü?

Qurban Qurbanov ilk oyundan sonra özü də demişdi ki, komandaya topla oynama sürəti çatmadı.

Bakıda bu problem xeyli dərəcədə həll edildi.

1. Pressinq daha yüksək və aqressiv oldu

“Qarabağ” sadəcə topa sahib olmaqla kifayətlənmədi. Komanda “Dinamo”nun hücumu öz qapısından qurmağa başladığı anda rəqibi sıxmağa çalışdı.

“Dinamo”nun baş məşqçisi Kostyuk da etiraf etdi ki, ilk hissədə “Qarabağ” çox sıx pressinq edirdi. Buna görə Kiyev komandası öz cərimə meydançası yaxınlığında riskli qısa ötürmələrdən qaçaraq topu daha çox Ponomarenkoya uzun ötürmələrlə göndərirdi.

Bu çox vacib detal idi.

Yəni “Qarabağ”ın pressinqi sadəcə top qazanmaq üçün deyildi, rəqibin bütün hücum qurma modelini dəyişdirdi.

2. Topun hərəkəti sürətləndi

İlk oyunda tez-tez belə olurdu:

mərkəz müdafiəçisi → dayaq yarımmüdafiəçisi → cinah → yenidən geri.

Bakıda isə “Qarabağ” topu daha tez irəli aparırdı. Rəqibi bir cinahda sıxdıqdan sonra daha çox vertikal ötürmələr gəlirdi.

Yəni topa sahib olmaq artıq məqsəd deyildi.

Topa sahiblik rəqibi açmaq üçün alətə çevrildi.

3. Müdafiə xəttində dəyişikliklər oldu.

İlk oyundakı qırmızı vərəqədən sonra Matheus Silva sağ müdafiəyə keçdi, Bədavi Hüseynov, Varkonyinin yanında mərkəzdə oynadı, qapıda isə Koxalskini Zlomişliç əvəzlədi.

Hücum xəttində də Kadi ilk dəqiqələrdən meydana çıxdı.

Kadinin rolu vacib idi, çünki o xətlər arasında oynayaraq Zubirə sola çəkilmək üçün daha çox azadlıq verdi.

Beləliklə, Zubir-Cəfərquliyev-Kadi arasında əlaqələr daha çox yarandı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti