“Qarabağ”ın heyətinə qatdığı Cebrail Makreçkisin vətəndaşlıq və mənsubiyyətlə bağlı qarışıq çalarlara sahib olduğunu xəbər vermişdik.
Futbolçu ata tərəfdən Mərakeş və Türkliyə kökənlidir. Anası isə Latviyadandır. Özü 2000-ci ildə Almaniyada anadan olsa da, hazırda həm Latviya, həm də Almaniya vətəndaşlığını daşıyır.
Vaxtilə Latviyanın U-17 millisinin şərəfini qoruyub. Buna baxmayaraq, əsas yığmada oynamaqdan imtina edib. Arzusu Türkiyə və Mərakeş seçmələrinin diqqətini çəkməkdir.
Cebrailin türk qanı daşıdığını zaman-zaman sosial şəbəkə hesablarında paylaşdığı videolardan görmək mümkündür.
O, bu dəfə tanınmış türkiyəli müğənni Tarkanın mahnısını paylaşaraq, videoya “African Amca” yazıb və Türkiyə ilə Mərakeş bayraqlarını işarələyib.
Həqiqətən də ata tərəfdən gələn köklər bəzən insanın kimliyində, dilində, hətta musiqi zövqündə özünü aşkar şəkildə büruzə verir.
Cebrailin türk kimliyinə bağlılığı da bunun nümunəsidir.
HƏBİB / SPORTİNFO.AZ
Aşağıdakı videoya keçid etməklə görüntüləri izləyə bilərsiniz.

