“Seltik” Duranı məntiq üzərindən “Qarabağ”dan transfer etdi”

02:00 Qarabağ 84
“Seltik” Duranı məntiq üzərindən “Qarabağ”dan transfer etdi”

Yay fasiləsində “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran qısa müddətdə özünü sevdirməyi bacarıb.

Sportinfo.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi, məşqçi heyəti və azarkeşlər kolumbiyalı forvardın uyğunlaşma prosesindən məmnundur.

Bildirilir ki, Duran ulduz kimi transfer edilmədiyindən, hələ də bəzi tərəddüdlər var. Lakin 24 yaşlı hücumçunun özünü doğrultması Azərbaycan kimi ölkələrin çempionatlarına marağı artıra bilər:

“Seltik” Duranı məntiq üzərindən transfer etdi. 24 yaşı var və ötən mövsümü əla keçirdi.

Avrokuboklarda da göstərdi ki, ölkə daxilindəki komandalardan daha güclülərinə qarşı oynamaq gücündədir. Sadəcə, onun keyfiyyətlərinin Şotlandiya futbolunun tələblərinə nə dərəcədə cavab verəcəyi hələ də sual doğurur.

Kamilo Qlazqoda daha da inkişaf edə bilər. “Qarabağ”dan “Seltik”ə transfer karyerasında böyük sıçrayış deməkdir.

Burada özünü doğrultsa, kiçik futbol ölkələrinə diqqətin artmasına yol aça bilər”.

Kamilo Duran ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 45 oyunda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Seltik”də meydana çıxdığı iki yoxlama görüşündə qol vurmağı bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!