Avropa Liqasında mübarizə aparan “Qarabağ” 2-ci mərhələdə Bolqarıstan ÇSKA-sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun iyulun 23-də Bakıda baş tutacaq.
Qonaq komandanı dəstəkləmək üçün Bolqarıstandan Azərbaycana azarkeşlər gəlməyəcək.
Belə ki, ÇSKA təmsilçimizə bolqar fanatlar üçün sektorun ayrılmasını istəməyib. Yəni bütün biletlər yerli tərəfdarlara satılacaq.
Əvəzində, 50 bilet sifariş olunub ki, bu da Sofiya klubu ilə Bakıya gələcək xüsusi şəxslər, Bolqarıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları və ölkəmizdə çalışan bolqarıstanlı şəxslər üçündür.
Onlar üçün mərkəzi sektorda yerlər ayrılacaq.
İyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
İyulun 30-da Bolqarıstanda gerçəkləşəcək cavab görüşünün start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

