“Qarabağ”ın dizi ağrıyan hücumçusu sağaldımı?

12:40 Qarabağ 157
“Qarabağ”ın dizi ağrıyan hücumçusu sağaldımı?

“Qarabağ”ın zədəli futbolçusu Musa Qurbanlının son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, dizindən zədə alan 24 yaşlı hücumçu 3 gün əvvəl fərdi məşqlərə başlayıb.

“Qarabağ”Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda CSKA-nı qəbul edəcək.

Saat 20:00-da başlayacaq görüşün cavab qarşılaşması isə bir həftə sonra Sofiyada keçiriləcək.

Ağdam təmsilçisi Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyadan “Vestri”ni hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!