Avropa Liqasının II təsnifat mərhələsində Bakıda ÇSKA (Sofiya) ilə üz-üzə gələcək "Qarabağ" oyundan əvvəl məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandasının "Azersun Arena" stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
"Qarabağ" və ÇSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

