“Onlar Qurban Qurbanovun daimi nəzarəti altındadır, bunun qiymətini bilməlidirlər”

11:40 Qarabağ 232
“Onlar Qurban Qurbanovun daimi nəzarəti altındadır, bunun qiymətini bilməlidirlər”

«Bu, özlərini göstərmək və etimadı doğrultmaq baxımından onlar üçün bir şansdır».

«Qarabağ» Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

Üç ildir Ağdam klubunun uşaq futboluna rəhbərlik edən funksioner bildirib ki, Qurban Qurbanov yeniyetmə və gəncləri nəzarətdə saxlayır.

Əsas komandanın baş məşqçisinin Avstriyanın Tirol bölgəsində keçirilən son təlim-məşq toplanışına akademiyadan 6 nəfəri aparmasına diqqət çəkən təcrübəli mütəxəssis qeyd edib ki, artıq hər şey gənc nəslin nümayəndələrinin özündən asılıdır:

«Gənclər bu fürsətdən yaxşı yararlanmalıdır. Ümumiyyətlə, U-19 və əvəzedicilərdən ibarət komandamız Qurban Qurbanovun daimi nəzarəti altındadır.

Hər həftə oradan bir neçə nəfəri əsas komandanın məşqlərinə cəlb edir. Avstriyada keçirilən təlim-məşq toplanışına da tələb olunan mövqelər üzrə uşaqları seçib apardılar.

Hamısının istedadı ümid verir. Amma təbii ki, gələcəkdə özlərini necə inkişaf etdirəcəklərsə, peşəkar futbolda da eləcə yer tapa biləcəklər.

«Qarabağ» bir brenddir və əsas komandaya çağırılan cavanlar bunun qiymətini bilməli və dəyərləndirməlidirlər. Biz hər dəfə bu istiqamətdə onlarla söhbətlər aparırıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!