“Mən nə danışdığımı bilirəm, bura gəlməyimi çox istəyirdilər”

23 İyul 09:20 Qarabağ 950
“Mən nə danışdığımı bilirəm, bura gəlməyimi çox istəyirdilər”

Yay fasiləsində “Qarabağ”dan “Polissya”ya keçən Leandro Andrade Ukrayna klubunun mətbuat xidmətinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Kabo-Verde millisinin yarımmüdafiəçisi komandasını dəyişməsinin səbəbini uğur qazanmaq istəyi ilə əlaqələndirib:

“Futbolçu kimi qələbələr qazanmaq istəyən və baxımlı futbol oynayan komanda axtarırdım. Ötən mövsümün oyun icmallarını izləmişəm və nə danışdığımı bilirəm.

Klub mənim buraya gəlməyimi çox istəyirdi. Bildiyimə görə, irəli getmək üçün lazım olan hər şeyimiz var.

Komanda topa çox nəzarət edir və yüksək pressinq tətbiq edir”.

Digər Xəbərlər
Xəbər Lenti