ÇSKA (Sofiya) "Qarabağ"a qarşı hücum futbolu oynayacaq.
Sportinfo.az xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin futbolçusu Joel Zvartz "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
O, ilk matçdan sərfəli nəticə ilə ayrıımaq istədiklərini bildirib:
"Qarşılaşmaya ciddi hazırlaşmışıq, özümü yaxşı hiss edirəm.
"Qarabağ"ın oyun üslubunu təxminən bilirik. Bu maçda hücum futbolu sərgiləmək istəyirik".
"Qarabağ" və ÇSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

