"Qarabağ"ı yaxşı təhlil etmişik" - Bolqarların çalışdırıcısı

23 İyul 01:10 Qarabağ 749
"Qarabağ"ı yaxşı təhlil etmişik" - Bolqarların çalışdırıcısı

SSKA (Sofiya, Bolqarıstan) "Qarabağ"ı yaxşı təhlil edib.

Sportinfo.az xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Oyuna yaxşı hazırlaşmaq imkanımız oldu. "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik.

Ölkə çempionatının oyunundan sonra futbolçularımız bərpa olunublar. Bütün düşüncəmizi "Qarabağ"la matça yönəltmişik.

Rəqibin ötən il Çempionlar Liqasındakı görüşlərini izləmişik. Onları yaxşı təhlil etmişik və buna uyğun da mübarizə aparacağıq".

"Qarabağ" və SSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!