“Qarabağ” Avropa Liqasının 2-ci mərhələsində ÇSKA ilə qarşılaşacaq.
İlk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması bir həftə sonra Sofiyada keçiriləcək.
Sportinfo.az Bakıya uçuşa hazırlaşan Bolqarıstan təmsilçisinin riskli səfər planını təqdim edir.
Hər nə qədər qəribə səslənsə də, ÇSKA ölkəmizə matçdan iki yox, bir gün əvvəl təşrif buyuracaq.
İyulun 22-də günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək qonaqlar birbaşa “Hilton” otelinə yollanacaq.
Bir neçə saat dincələndən sonra saat 20:00-da ÇSKA-nın oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqi, bundan yarım saat əvvəl baş məşqçi Hristo Yanevin jurnalistlər üçün açıq məşqi baş tutacaq.
İyulun 23-də keçiriləcək görüşün start fiti saat 20:00-da çalınacaq.
HƏBİB

