"Qarabağ"ın istədiyi dünya ulduzunun meneceri "Sportinfo"ya nələr söylədi?

13:00 Qarabağ 270
"Qarabağ"ın istədiyi dünya ulduzunun meneceri "Sportinfo"ya nələr söylədi?

"Onun "Qarabağ"a böyük marağı var idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında qvineyalı menecer Süleyman Yula deyib.

Afrikalı agent təmsilçisi olduğu Nabi Keytanın Ağdam klubundan təklif aldığını bildirib.

Qeyd edib ki, hazırda "Ferentsvaroş"un formasını geyinən həmyerlisi karyerasını Azərbaycanda davam etdirməyə müsbət yanaşıb, fəqət…

Ondan sitat:

"Macarıstan klubu onu buraxmadı. Keytanın 2027-ci ilin yayınadək müqaviləsi var.

"Ferentsvaroş" rəhbərliyi qarşı tərəfə bildirdi ki, Keytanın müqavilə müddəti bitənədək Macarıstanda qalmasını istəyirlər.

Ona görə də danışıqlar çox davam eləmədi. Təklif gələndən az sonra məlum oldu ki, "Ferentsvaroş" Keytanı satmayacaq.

Çünki o, komandanın aparıcı oyunçularından biridir və hər həftə meydana çıxır. Həmvətənlərimdən gözləntiləri çoxdur.

"Ferentsvaroş" razılıq versəydi, Keyta "Qarabağ"a gələrdi. Bu klub haqda çox yaxşı fikirdədir.

"Qarabağ"ın Çempionlar Liqasında möhtəşəm mübarizə apardığını mənə deyib. "Qarabağ" maraqlı olarsa, gələn yay bu məsələyə bir daha qayıdarıq".

31 yaşlı mərkəz yarımmüdafiəçisi 2025-ci ilin yayından "Ferentsvaroş"un sıralarındadır. Əsas heyətin dəyişilməz isminin transfer qiyməti 1,5 milyon avro olaraq göstərilir.

2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur.

Afrikalı ulduz 2018-2023-cü illər aralığında İngiltərə nəhənginin formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, həmçinin digər nüfuzlu turnirlərin qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!