“Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
“Vestri” (İslandiya) matçda olduğu kimi Joni Montiel və Jeremi Qnali yenə heyətdə yer almayıb.
Budəfəki oyunlar üçün müdafiəçi Dani Bolt iştirak ərizəsindən çıxarılıb. Braziliyalının əvəzinə isə legioner qismində yeni qapıçı Martin Zlomisliç heyətə daxil edilib.
Joel Montielin siyahıdan kənarda qalması göstərir ki, onunla bağlı vəziyyət necə də ciddidir!
İspaniyalının “Qarabağ“ın əsas komandasından uzaqlaşdırılmasının konkret səbəbi var. 2025-ci il avqust ayından burada çıxış edən yarımmüdafiəçi Qurban Qurbanova cavab qaytarıb.
Belə ki, baş məşqçi “Vestri“ ilə ilk qarşılaşmadan öncə keçirilən hazırlıq prosesində ona irad bildirib.
Verdiyi tapşırıqları istədiyi səviyyədə həyata keçirməyən 27 yaşlı legionerin hərəkətləri təcrübəli mütəxəssisi haqlı olaraq narazı salıb.
Prineyli orta sahə oyunçusu haqlı iradı qəbul etmək əvəzinə, Qurbanova sifət edib və heç də xoş olmayan reaksiya göstərib.
Daim nizam-intizama xüsusi vikir verən çalışdırıcı bu hadisənin üstündən Montieli hazırlıq prosesindən kənarlaşdırıb və əvəzedici heyətə göndərib.
Son məlumat isə budur - ağdamlılar Montieli satmağa hazırdır! Səbəbkar klub rəsmiləri ilə söhbətində buradan ayrılmaq qərarına gəldiyini bildirib.
Ona isə baş məşqçinin adından belə deyilib - istədiyimiz təklifi gətir və get! İspana icazə verilib ki, xidmətinə maraq göstərən varsa, indidən danışıqlara başlasın, bu işi çox yubatmasın.
Bura “Rayo Valekano“dan gəlmiş əcnəbinin müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Klub onun müqavilə müddətini 2 illik artırmaq haqqına sahibdir.
SPORTİNFO.AZ

