"Qarabağ"da Elvin Cəfərquliyevlə bağlı planın GİZLİ DETALLARI

21 İyul 21:00 Qarabağ 1 025
"Qarabağ"da Elvin Cəfərquliyevlə bağlı planın GİZLİ DETALLARI

Elvin Cəfərquliyevin Qurban Qurbanov tərəfindən bağışlanması, əsas komandaya qayıdışı hər kəsi sevindirdi.

Son illər ölkəmizdə yetişən ən yaxşı yerli oyunçu statusunda olan müdafiəçinin karyerasında eniş yaşaması heç arzuolunan deyildi.

Axı o həm də millimizin əsas oyunçusudur.

Amma əldə etdiyimiz məlumata görə 25 yaşlı futbolçu heç də Qurban Qurbanovun gələcək planlarına daxil deyil.

Onun geri qayıdışı məcburiyyətdən atılan addımdır.

Elvin aprel ayında intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərilmişdi.

Ardınca isə satışa çıxarılmışdı.

Amma Ağdam klubu Cəfərquliyevə görə heç bir ciddi təklif almadı.

Klub xarici komandaların Elvində gözlədikləri qədər maraqlı olmamasının səbəblərindən birini məhz əvəzedici komandaya göndərilməkdə görüblər.

Ki, ağlı yerində olan hansı funksioner ikinci komandaya qovulan intizamsız oyunçunu komandasına transfer edər?

Heç kim.

Belədə yeni plan işə düşüb.

Elvin Avstriya toplanışına aparılıb, Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilib.

Hətta oyunlarda ikinci hissədə olsa belə meydana daxil olub.

Məqsəd futbolçunu yenidən vitrinə çıxarmaqla normal qiymətə satmaqdır.

Lakin bu plan da hələki işə yaramır.

Ciddi təkliflə Elvin üçün "Qarabağ"ın qapısını döyən bir klub yoxdur.

"Köhlən atlar" isə onu hər an satmağa hazırdır.

Bircə qalır təklifin gəlməsi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2