Avropanın tanınmış klubi müdafiəçisini “Qarabağ”a satmağa məcbur qalıb

18:10 Qarabağ 163
Avropanın tanınmış klubi müdafiəçisini “Qarabağ”a satmağa məcbur qalıb

“Qarabağ” yaxın vaxtlarda “Partizan”ın müdafiəçisi Nihad Mujakiçin transferini rəsmən açıqlaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Məlumata görə, klublar bosniyalı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün detalları razılaşdırıblar. “Sportski zurnal” nəşrinin iddiasına əsasən, Belqrad təmsilçisi futbolçunu satmağa məcbur qalıb.

Buna səbəb 28 yaşlı oyunçunun aylıq 40 min avro məvacibini ödəməkdə çətinlik çəkməsidir.

Bildirilib ki, ağdamlılar “Partizan”a bu transfer üçün bir neçə yüz min avro təzminat ödəyəcək.

Bosniya və Herseqovina millisinin üzvü olan Mujakiç ötən mövsümü icarə əsasında Türkiyənin “Qaziantep” klubunda keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti