“İlk oyunlar həmişə çətin keçir, Amma şükürlər olsun ki, 3:0 hesablı qələbə qazandıq.
Düşünürəm ki, bu, cavab oyunu öncəsi üçün yaxşı nəticədir. Bununla belə, hələ heç nə bitməyib”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Marko Yankoviç Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda İslandiyadan “Vestri”ni 3:0 hesabı ilə məğlub etdikləri ilk oyun barədə danışarkən deyib.
Monteneqrolu yarımmüdafiəçi cavab qarşılaşmasının da asan keçməyəcəyini bildirib:
“Növbəti oyun da çox çətin olacaq. Biz addım-addım irəliləyirik. Artıq cavab görüşü barədə düşünə bilərik”.

